04.02.2024 tarixində saat 12:22 radələrində Tovuz rayonu Qədirli kənd sakini 2014-cü il təvəllüdlü İsmayılov Yusif Raul oğlu Tovuz MRX Təcili yardım şöbəsinə yerləşdirilib.
-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, daxil olarkən vəziyyəti ağır olub.
Uşaq, həmçinin serebral iflic xəstəsi olub. Saat 13:20 radələrində Yoluxucu xəstəliklər şöbəsinə köçürülüb. Vəziyyəti ağırlaşdığına görə müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Bütün görülən tədbirlərə baxmayaraq, xəstə saat 14:50 radələrində ağırlaşmış qızılca və pnevmoniya səbəbindən dünyasını dəyişib.
Aləmdə Nəsib
***
Saat 18:19
Tovuzda azyaşlı xəstəxanada ölüb.
-nın yerli bürosunun məlumatına görə, rayonun Qədirli kənd sakini, 2014-cü il təvəllüdlü Y.İ. fevralın 4-də Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Azyaşlı bu gün 16 radələrində xəstəxanada dünyasını dəyişib. Onun qızılcadan öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.