Tovuzun şəhid oğlu – Əmrah Ülfət oglu

Tovuzun şəhid oğlu – Əmrah Ülfət oglu

Ən dəyərli dəyərlərin dəyərdən düşdüyü bir dövürdə vətən, millət fədası olmaq, ata ocagının, ana yurdun işıgına, nuruna çevrilmək heç də asan məsələ deyil İnsan bu dəyərlərin, bu xidmətin müqabilində xalqın, cəmiyyətin hörmət və ehtiramını qazanır.

Azərbaycan Respublikasının Prezdenti Ali Baş komandan cənab İlham Əliyevin müdürik rəhbərliyi ilə aparılan 44 günlük şanlı Vətən müharibəsinin iştirakçısı olmuş Əmrah Əliyev Ülfət oglu Vətən, millət məhəbətini, onun cəsarət və dəyanəti Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rolu oynayır.

Əliyev Əmrah Ülfət oglu 4 iyul 1997-ci ildə Tovuzun Dondar Quşçu kəndində zəhmətkeş bir Azərbaycan ailəsində anadan olmuşdur. Ailəsinin, el-obasının, oxudugu məktəbin, yaşadıgı mühitin mükəməl tərbiyəsini almış Əmrah zəngin mənaviyyat sahibi idi. Unudulmaz, Ordumuzun yazdığı qəhrəmanlıq səlnamələrindən biri olan Aprel döyüşlərində şücaət göstərərək  medal və digər fəxri fərmanlarla təltif edilən Əmrah vətənmizin ərazi bütövlüyü ugurunda gedən haqq-ədalət savaşında -Vətən müharbəsində də düşmənə dəmir yumuruq göstərmək üçün yenidən cəbhəyə üz tutur. O, Xocavənd ugurunda gedən döyüşlərdə fədakarlıqla iştirak edir və müharibənin qurtarılmasına bir gün qalmış 2020-ci ilin noyabr ayının 8-də qəhramancasına həlak olur. Mənfur düşmənin agır zərbəsi Əmrahı cismən bizdən ayrı saldı Ancaq o, ruhən hər zaman bizimlədir. Obrazla desək.

“Biz Vətən məcnunu, el aşiqi sülh əsgəriyik,

Biz vətən naminə ölsək,dirilərdən diriyik “

Ömürün 23-ci payızında ölümün ölümsüzlük məqamına -müqədəs şəhidlik zirvəsinə yüksələrək əbədiyyata qovuşan əbədiyaşar qəhramanmız Əmrah Əliyevin ailəsində iki ogul,iki qəhraman böyüyür.Əmrahın şərəfli ömür yolu onun müqəddəs əməlləri onun övladları üçün böyük bir həyat məktəbidir. Bu məktəbin məzunları ata vəsiyyətinə uygun olaraq layiqli övlad gözəl insan, əsl vətandaş olacaqlar.Özü də azad və bütöv bir məmləkətdə! Şair demişkən:

 Tanrıya apardın pəhah,
İgid Əmrah, Şəhid Əmrah,
Sənə rəhmət deyir hə ran,
Ana vətən Azərbaycan

Şəhid Əmrah şəhadətə qovuşandan sonra xatirələrdə əbədiləşdi. Onu tanıyanlar, döyüç yoluna, şəhidliyə gedən yolda göstərdiyi şücaət və əlbəttə ki bir insan olaraq hər kəsə nümunə göstərilə biləcək xarakteri unudulmadı və unudulmayacaqda. Onun qısa, lakin mənalı ömrü şeir və mahnılarda milyonlarla insanın qəlbində ünvanlanacaq.

Tural Qaımov

Share: