Bu ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Nəcəfzadə Hüseyn Abbasqulu oğlunun ötən gün toyu keçirilməli idi.
“Qafqazinfo”nun məlumatına görə, şəhidin ailə üzvləri, o cümlədən nişanlısı ötən gün toy üçün danışılan restoranda bir araya gələrək Hüseyn Nəcəfzadəni anıblar.
Qeyd edək ki, H.Nəcəzafzadənin atası toy üçün şadlıq sarayı danışıb qayıdanda oğlunun şəhid xəbərini eşidib. Şəhid baş leytenant Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.