Ləğv edilən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyubla vida mərasimi yaşadığı mənzildə keçirilir.
BAKU.WS-in vida mərasimində iştirak edən müxbirinin verdiyi məlumata görə, mərasimdə V.Əyyubun ailə üzvləri, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, sabiq təhsil naziri Firudin Cəlilov, sabiq deputat, Ədalət Partiyasının sədri İlyas İsmayılov, tanınmış siyasətçi İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı, sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, V.Əyyubun rəhbərliyində təmsil olunduğu Azərbaycan Demokratiya və Rifah Hərakatının üzvləri, siyasətçilər, ictimaiyyət nümayəndələri iştirak edir.
Vida mərasimindən sonra mərhumun torpağa tapşırılması üçün Hövsan qəsəbəsindəki “Dədə Qorqud” qəbiristanlığına aparılacaq.
Qeyd edək ki, V.Əyyub bu gün günorta saatlarında dünyasını dəyişib.
Müstəqil.Az