Türkiyənin “Trabzonspor” klubu Betis “Real”ından Mark Bartranı almağa hazırlaşır.
Bu barədə jurnalist Fabrisio Romano məlumat yayıb.
O, bildirib ki, artıq məlumatı ispan komandasının meneceri Manuel Pellegrini təsdiqləyib.
Mütəxəssisis sözlərinə görə, klublar arasındakı müzakirələrdən sonra Mark komandanı tərk etmək qərarına gəlib.
Qeyd edək ki, Bartra 2010-2016-cı illərdə “Barselona”da çıxış edib və klubun heyətində çox sayda ən nüfuzlu yarışların qalibi olub.