Türkiyənin “Trabzonspor” klubunun əfsanəvi məşqçisi Ahmet Suat Özyazıcı dünyasını dəyişib.
Türkiyə mətbuatı yazır ki, 87 yaşlı Ahmet Suat Özyazıcı bu gün axşam saatlarında evində vəfat edib.
Qeyd edək ki, “Trabzonspor” ən böyük uğurlarını məhz Ahmet Suat Özyazıcının rəhbərliyi altında qazanıb.
Belə ki, o Anadolu klubuna 4 dəfə Türkiyə çempionluğunu, 3 dəfə Türkiyə Kubokunu və 5 dəfə Türkiyə Super Kubokunu qazandırıb.
Mənbə: Haber Global