ABŞ prezidenti Donald Trampın ölkədəki uşaq xəstəxanalarının birinə səfəri zamanı Amerika bayrağını yanlış boyaması ölkədə daha bir qalmaqala səbəb olub.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, qeyri-adi davranışları ilə gündəmə gələn ölkə başçısı foto çəkdirmək üçün uşaqlarla bir masaya oturub və Amerika bayrağını rəngləmək istəyərkən bayrağın zolaqlarından birini qırmızı əvəzinə mavi rəngə boyayıb.
Fotonun sosial mediada yayılmasından sonra izləyicilər “Ağlı başqa yerdə olub” şərhlərini qeyd ediblər.