Tramp Baydeni “feyk prezident” adlandırdı

Tramp Baydeni “feyk prezident” adlandırdı

ABŞ-ın hazırkı Prezidentii Donald Tramp ölkənin yeni seçilmiş dövlət başçısı Co Baydeni “saxta prezident” adlandırıb.

Müstəqil.Az bildirir ki, Donald Tramp bu barədə özünün sosial şəbəkədəki hesabında yazıb.

ABŞ rəhbəri Birləşmiş Ştatlarda ötən ayın əvvəllərində keçirilmiş səsvermələri üçüncü dünya ölkələrində liderlərin seçilməsi proseduru ilə müqayisə edib.

“Əfqanıstanda xidmət etmiş gənc hərbçi mənə danışdı ki, həmin ölkədə seçkilər 2020-ci ildə ABŞ-da keçirilmiş seçkilərdən daha təhlükəsiz və daha yaxşı olub. Bizim poçtla göndərilən milyonlarla və milyonlarla saxta bülletenlər, üçüncü dünya ölkəsi üçün seçkilər idi. Saxta prezident!”, – deyə Tramp “Tvitter”dəki hesabında yazıb.

 

Donald J. Trump

@realDonaldTrump

A young military man working in Afghanistan told me that elections in Afghanistan are far more secure and much better run than the USA’s 2020 Election. Ours, with its millions and millions of corrupt Mail-In Ballots, was the election of a third world country. Fake President!

Learn how voting by mail is safe and secure

6:00 PM · Dec 26, 2020

Müstəqil.Az

Share: