Tramp bu ölkəni işğal etmək istəyir – CNN açıqladı

ABŞ prezidenti Donald Trampın 2017-ci ildə məsləhətçilərinə Venesuelanın işğal edilməsinə dair suallar verdiyi iddia edilib.

Publika.az xəbər verir ki, prezidentin köməkçiləri bu suala kəskin reaksiya verərək Venesuelaya hərbi müdaxilənin ABŞ-a qarşı ağır geri dönüşü ola biləcəyini və müttəfiq ölkələrə bu davranışın açıqlanmayacağını bildirib.

İddia CNN kanalının adını açıqlamadığı ali səviyyəli səlahiyyətli şəxsdən aldığı məlumata əsasən qaldırılıb. Xəbərə görə, toplantıda Trampın milli təhlükəsizlik üzrə sabiq məsləhətçisi Herbert Raymond Makkaster daxil olmaqla, ali səviyyəli məsləhətçiləri iştirak edib.

Aspen Universitetinin ötən il yayımladığı hesabta görə, ABŞ-ın hazırkı dövlət katibi Mayk Pompeo Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olduğu zaman Venesueladakı hökuməti devirmək üçün Meksika və Kolumbiya ilə əməkdaşlıq etməsi bilgisi yer alıb.

Qeyd edək ki, Vaşinqton hökuməti hazırda Venesuelaya qarşı çox sayda sanksiya tətbiq edir.

Müstəqil.Az

Share: