Tramp dünyanı YENİ BÖHRANA sürükləyir – Mütəxəssislər XƏBƏRDARLIQ edir

ABŞ prezidenti Donald Tramp ölkəsinə idxal olunan avtomobil və ehtiyat hissələrinin ABŞ-ın maraqlarını təhdid edib-etmədiyini yoxlamaq üçün əmr verib.

Publika.az xəbər verir ki, yoxlama ABŞ Ticarət Nazirliyi tərəfindən aparılacaq.

Yoxlamadan sonra idxal olunan avtomobil və ehtiyat hissələri üçün gömrük vergisi təyin ediləcəyi bildirilir.

Tramp ticarət naziri ilə görüşündən sonra verdiyi yazılı açıqlamada bunları dilə gətirib: “Ticarət naziri Ulbur Ross ilə avtomobil sənayemizin son vəziyyətini müzakirə etmək üçün bir araya gəldik. Nazirə yük maşınları da daxil, idxal olunan avtomobil və onun hissələrinin ABŞ-ın milli maraqlarına uyğun şəkildə yoxlanılması göstərişini verdim. Avtomobil kimi əsas sənaye sahələri ölkəmizin müqaviməti üçün kritik önəm daşıyır”.

Ağ Evdən verilən açıqlamaya görə, yoxlanışdan sonra sözügedən idxal mallarına məhsulun 25% dəyərində vergi qoyulması gözlənilir.

Ticarət mütəxəssisləri Trampın bu addımının Kanada, Meksika, Çin, Cənubi Koreya və Avropa İttifaqı ilə aparılan müzakirələrdə təhdid vasitəsi kimi istifadə edəcəyini bildirib. Onların sözlərinə görə, tətbiq ediləcək yeni gömrük vergisi sistemi digər ölkələrlə ticarət münasibətlərini mürəkkəbləşdirəcək.

 

Share: