ABŞ-nin keçmiş Prezidenti Donald Tramp keçmiş UFC çempionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədova Fələstində müharibəni dayandıracağına söz verib.
xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
“Bilirəm, siz Fələstindəki müharibəni dayandırardınız”, – Nurməhəmmədov Trampa deyib.
“Biz bunu dayandıracağıq. Mən bunu dayandıracağam”, – keçmiş prezident cavabında bildirib.
Xatırladaq ki, Tramp və Nurməhəmmədov Nyuarkda (ABŞ) baş tutan UFC 302 turnirində rastlaşıblar.