Tramp İrana güzəştə gedəcəyini açıqladı

Əgər İran ABŞ-la danışıqlara başlamaq istəsə, bu təklifi müsbət qəbul edəcəyəm.

Müstəqil.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Yaponiya Baş naziri Sindzo Abe ilə görüşdən sonra deyib. O, İranla münasibətləri nəzərdə tutaraq deyib:

“Heç kim dəhşətli şeylərin baş verməsini istəmir”.

Qeyd edək ki, bundan öncə İranla ABŞ arasında gizli danışıqların başlamasıyla bağlı Küveyt xarici işlər nazirinin açıqlamasından sonra rəsmi Tehran məlumatı təkzib edib.

Müstəqil.Az

Share: