Tramp İranla müharibəyə tələsir – Puşkov

Tramp İranla müharibəyə başlamaq istəyir

Müstəqil.Az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov Trampın İranla nüvə sazişindən çıxmasını şərh edərkən yazıb.

“Tramp İranla nüvə sazişindən çıxmağa elə tələsdi ki, sanki Tehranla müharibəyə mümkün qədər daha tez başlamaq istəyir. Hər bir ABŞ prezidenti son 20 il ərzində öz müharibəsini aparıb. Hər iki Buş da belə olub. Tramp İrana münasibətdə Buşun doktrinasına qayıdır. O “öz müharibəsi”nə doğru addım atdı”, – Puşkov qeyd edib.

Qeyd edək ki,Tramp ABŞ-ın İranla imzalanan nüvə müqaviləsindən çıxdığını bəyan edib.

Pərviz H.

Share: