ABŞ-nin keçmiş Prezidenti Donald Tramp iyulun 11-də Nyu-Yorkda hakimin elan etdiyi hökmdən asılı olmayaraq Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi irəli sürüləcək.
xəbər verir ki, bunu Respublikaçıların Milli Komitəsinin həmsədri Lara Tramp CNN telekanalının efirində bildirib.
“Biz hər şeyə hazırıq. Biz Respublikaçılar Partiyasının namizədi kimi Donald Trampı irəli sürürük. Yekunda həqiqətən vacib olan budur”, – Lara Tramp bildirib.
Onun sözlərinə görə, “yekun hökmü” noyabrın 5-də səsvermə günü Amerika vətəndaşları verəcək.