Tramp münsiflər heyətinin qərarını “biyabırçılıq” adlandırıb

Tramp münsiflər heyətinin qərarını “biyabırçılıq” adlandırıb

Tramp münsiflər heyətinin qərarını “biyabırçılıq” adlandırıb

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp ABŞ-ın hazırkı Prezidenti Co Bayden administrasiyasını maliyyə sənədlərinin saxtalaşdırılmasında təqsirli bilən münsiflər heyətinin qərarında iştirakda ittiham edib.

xəbər verir ki, bunu münsiflər heyətinin qərarınan sonra Donald Tramp jurnalistlərə deyib.

“Bunu Bayden administrasiyası siyasi rəqibinə zərər vermək üçün edib. Düşünürəm ki, bu, sadəcə, biyabırçılıqdır biz sona qədər mübarizə aparıb qalib gələcəyik, çünki ölkəmiz cəhənnəmə çevrilib”, – Tramp vurğulayıb.

Qeyd edək ki, Nyu-York məhkəməsinin münsiflər heyəti ABŞ-nin keçmiş lideri Donald Trampı keçmiş porno aktrisa Stormi Danielsə pul ödəyərkən “Trump Organization” şirkətinin maliyyə sənədlərini saxtalaşdırmaqda təqsirli bilib.

Eks-prezident bütün 34 maddə üzrə təqsirli bilinib.

Share: