ABŞ-ın keçmiş prezidenti Donald Trampın bəyan etdiyi “böyük elan” onun şəkli olan 45 NFT kartdan ibarət kolleksiyanın reklamı olub.
Bununla bağlı siyasətçi videomüraciət yayıb.
Görüntülərdə o, amerikalıların sevimli prezidentləri Linkoln və Vaşinqtondan daha yaxşı olduğuna ümid etdiyini ifadə edərək, ilk rəsmi NFT kolleksiyasının satışa çıxarıldığını elan edib.
Hər biri 99 dollar olan rəqəmsal şəkillərdə Tramp astronavtdan tutmuş super qəhrəmana qədər müxtəlif obrazlarda görünür. 45 kartın hamısını alanlar keçmiş prezidentin Mar-a-Laqodakı malikanəsində nahar etmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, bir müddə töncə Tramp 2024-cü ildə keçiriləcək ABŞ prezident seçkilərində namizədliyini rəsmən açıqlayıb.
Mənbə: vesti.ru