Tramp Putinlə görüşü barədə proqnoz verdi…

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Vyetnamda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Sammiti çərçivəsində görüşmək ehtimalını istisna etmıyib.

ABŞ lideri deyib: “Bu, çox vacib səfərdir. Orada Putinlə görüşə bilərik… bu, çox mühümdür. Onlar bizə Şimali Koreya və Suriya məsələsində kömək edə bilərlər. Ukrayna barədə də danışmalıyıq”.

Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Sammiti Vyetnamın Dananqe şəhərində 6-11 noyab tarixlərində keçiriləcək.

Share: