ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial mediaya iki-üç ay sonra şəxsi platformada qayıdacaq. Bu barədə onun müşaviri Ceyson Miller “Fox News” telekanalına bildirib. Millerin sözlərinə görə, Tramp “yaxın vaxtlarda yeni şəxsi platformada sosial media sahəsinə qayıdacaq.
Trampın məsləhətçisi əlavə edib ki, bu, böyük platforma olacaq. Onun sözlərinə görə yeni platforma on milyonlarla istifadəçi yığacaq. “Bu, oyun qaydalarını tamamilə dəyişəcək”, – deyə Miller vurğulayıb.
Qeyd edək ki, tvitç, tvitter, feysbuk və instaqram sosial şəbəkələri Vaşinqtonda yanvarın 6-da baş verən qarışıqlıqlardan sonra Trampın hesablarını bloklayıblar.
Müstəqil.Az