ABŞ hakimiyyəti keçmiş Prezident Donald Tramp və onun köməkçisi Uolt Nautanı 38 məxfi sənədləri düzgün saxlamamaqda ittiham edib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Florida ştatının cənub dairəsi məhkəməsinin ittiham aktına istinadən məlumat yayıb.
Bildirilib ki, Trampa qarşı irəli sürülən ittihamlara 20 ilə qədər həbs cəzası, həmçinin cərimələr daxildir.