ABŞ-nin keçmiş Prezidenti Donald Trampa Konqresin Nümayəndələr Palatasının spikeri vəzifəsi təklif edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həmin təşəbbüs konqresmen Troy Nils tərəfindən irəli sürülüb.
“Kevin Makkarti bir daha spikerliyə namizəd olmayacaq. Mən Donald Trampın Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürürəm”, – deyə Nils bildirib.
Xatırladaq ki, Kevin Makkartini ABŞ Senatının Nümayəndələr Palatasının sədri vəzifəsindən uzaqlaşdırılıb.