ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ticarət müqaviləsi və Ankaranın rus istehsalı zenit raket kompleksləri almasından sonra vəd edilən sanksiyalar ətrafında vəziyyətin “həll yolu”nu təklif edib.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazıb.
Məlumata görə, ticarət müqaviləsinin məbləği 100 milyard dollar təşkil edib. Şərtlərin qeyd olunduğu məktub Türkiyə liderinə ötən həftə göndərilib.
Nəşr həmçinin ABŞ Konqresinin Nümayəndələr Palatasının Trampın təklifini bəyənməyəcəyini və sanksiya tələb edəcəyini qeyd edib.