1915-ci il hadisələrini erməni soyqırımı kimi tanıyan qətnamənin ABŞ Senatında səsverməyə çıxarılmamasını Ağ Ev istəyib.
Müstəqil.az xəbər verir ki, bu iddia “Axios” xəbər saytında dərc olunub.
Bildirilib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 13 noyabrda Vaşinqtona səfəri və həmkarı Donald Trampla görüşündən sonra Ağ Ev ermənmi soyqırımının rəsmən tanınmasını ehtiva edən qətnamənin Senatda qəbul olunmasını əngəlləmək üçün hərəkətə keçib. Belə ki, eyni gün Ərdoğanla Ağ Evdə görüşən senatorlar arasında olan Ağ Ev rəsmisi senator Lindsi Qrahamı Dəyirmi Ofisdən çıxarkən saxlayıb və ona Senator Bob Menendez erməni soyqırımı layihəsini Senatda səsverməyə çıxaracağını söyləyib. Daha sonra Qrahamdan Senata getməsini və bu səsverməni ləğv etməsini istəyib.
Qraham “Axios”a vediyi açıqlamada “Ağ Ev rəsmisi məndən qətnaməyə qarşı çıxmağımı rica etdi, mən də “təbii ki” dedim. Bunu etməyimin tək səbəbi Ərdoğanın hələ də Vaşinqtonda olması idi. Çox yanlış zamanlama olardı. Mümkünsə, Türkiyə ilə münasibətlərimizi xilas etmək istəyirəm” sözlərini deyib. əƏavə edib ki, qətnamə bir də gündəmə gəlsə, bu dəfə qarşı çıxmayacaq.
Ərdoğan bir addımla ermənilərin 100 illik planını MƏHV ETDİ – ABŞ-dan ŞOK QƏRAR
Qeyd edək ki, Nümayəndələr Palatası 29 oktyabrda 1915-ci il hadisələrini soyqırımı kimi tanıyan qətnaməni qəbul etmişdi.publika.az