“Meta” korporasiyası ABŞ-nin keçmiş Prezidenti Donald Trampın feysbuk hesabını bərpa edib.
“Qafqazinfo” xəbər verir ki, ABŞ-nin keçmiş Prezidentinin hesabında sonuncu yazı 2021-ci il yanvarın 6-na, Tramp tərəfdarlarının Kapitoliyə basqın etdiyi vaxta təsadüf edir.
Qeyd edək ki, siyasətçinin sosial şəbəkə hesabının bloklanmasının səbəbi də budur.