Trampın gəlirləri açıqlandı

ABŞ prezidenti Donald Trampın 2019-cu il üzrə maliyyə hesabatı açıqlanıb.

Müstəqil.Az Qaynarinfo-ya istinad edib  xəbər verir ki, Donald Tramp 2019-ci ildə ən azı 446 milyon ABŞ dolları gəlir əldə edib.

Vaşinqtondakı oteldən qazanc 2018-ci illə müqayisədə 300 min azalaraq 40,5 milyon ABŞ dolları təşkil edib.
Öz növbəsində, “Trump National Doral Mayami” kurortu 2019-cu ildə Trampa 77,2 milyon ABŞ dolları – əvvəlki ilə nisbətən 1,3 milyon ABŞ dolları çox gəlir gətirib.
Tramp ötən il Nyu-Cersi ştatının Bedminster şəhərindəki qolf klubundan 17,7 milyon ABŞ dolları qazanıb.
Müstəqil.Az
Share: