Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdəki uğurlu əməliyyatları qarşısında o qədər çarəsiz qalıb ki, əlacı ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı müxtəlif vəzifəli şəxslərdə axtarmağa başlayıb.
Müstəqil.az“Nyu York Tayms”a istinadən xəbər verir ki, o, Trampın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayna zəng edərək prezidentlə danışmaq istəyini dilə gətirib.
R.Obrayn ona Trampla telefon danışığı təşkil edəcəyini söz versə də, D.Trampın koronavirusa yoluxması bütün planları alt-üst edib.
N.Paşinyan Obraynla telefon danışığı zamanı Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki iştirakı barədə narahatlığını ifadə edib və bu mövzuda ABŞ prezidentindən kömək istəyib. Bundan əlavə, baş nazir Türkiyəyə məxsus ABŞ istehsalı F-16 qırıcılarından münaqişə zonasında istifadə edilməsi və guya onların təyyarələrini vurması barədə uydurma iddiasını yenidən səsləndirib.
Nəşr məqalədə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu və 30 ilə yaxındır ki, Ermənistan ordusu tərəfindən işğal altında saxlanıldığını qeyd edib. Həmçinin, Ermənistanın Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raket hücumları təşkil etdiyi vurğulanıb.(publika.az)