Amerikalı iş adamı və ABŞ-ın keçmiş prezidenti Donald Trampın böyük oğlu kiçik Donald Tramp sosial şəbəkədə Ukrayna raketinin Polşaya düşməsi ilə əlaqədar Ukraynaya hərbi yardımı dayandırmağa çağıran qısa paylaşım edib.
“NATO-dakı müttəfiqimiz Polşanı vuran Ukrayna raketi olduğuna görə, heç olmasa indi onları silahlandırmaq üçün milyardlarla vəsait xərcləməyi dayandıra bilərikmi?” – deyə kiçik Tramp yazıb.
Qeyd edək ki, eks-prezident Donald Trampın təmsil etdiyi Respublikaçılar Partiyası daxilində müəyyən qrup Ukraynaya hərbi yardımın azaldılmasına tərəfdardır.
Mənbə: mk.ru