ABŞ-ın Nyu-Cersi ştatında keçmiş prezident Donald Trampın bir zamanlar sahibi olduğu “Trump Place Hotel” və kazino üç min dinamitlə partladılıb. Saniyələr içində yerlə-yeksan olan binanın görüntüləri kameraların yaddaşına köçürülüb.
Müstəqil.az xəbər verir ki, Tramp beş il əvvələ qədər oranın sahibi olub. 2014-cü ildən qapalı olan və 32 mərtəbəli hotelin strukturu pis vəziyyətdə olduğuna görə partladılıb.
O da qeyd olunub ki, Tramp 2009-cu ildən obyektlə əlaqəsini kəsib, 2016-cı ildə isə milyarder investor Karl K.İkan buranı satın alıb.(Publika.az)