Trampın qızı diqqətdən kənar qaldı – Foto

G-20 zirvə görüşündə iştirak üçün Yaponiyanın Osaka şəhərində ABŞ Prezidenti Donald Trampı müşayiət edən qızı İvankanın görüntüləri geniş müzakirələrə səbəb olub.

Müstəqil.Az xəbər verir ki, İvanka Tramp Kanada Baş naziri Castin Trudo, Fransa Prezidenti Emanuel Makron, Böyük Britaniyanın Baş naziri Tereza Mey və Beynəlxalq Maliyyə Fondunun rəhbəri Kristin Laqarde arasında aparılan müzakirəyə qoşulmağa çalışsa da, liderlər ona əhəmiyyət verməyib.

Yelisey sarayının sosial media hesabından yayılan görüntülər maraqla qarşılanıb və “Şükran günü böyüklərin masasında oturmağa çalışan kiçik uşaq kimi görünür” tipli müxtəlif rəylər yazılıb.

Müstəqil.Az

Share: