ABŞ tarixçiləri prezident Donald Trampın mümkün əcdadlarının arasında orta əsr qatil-adamyeyənin olduğunu aşkar ediblər.
Müstəqil.Az Publika.az-a istinadən bildirir ki, “Bedburqdan olan Qulyabanı” ləqəbli məşhur manyak-hannibal Piter Ştubbe Köln yaxınlığında kiçik şəhərcikdə yaşayırdı.
“Halloven” ərəfəsində Kaliforniyanın Biola Universitetinin mütəxəssisi Kevin Pitt, Piter Ştubbenin tərcümeyi-halını araşdırıb.
Piter Ştubbeni məşuqəsi və ortağı Katarina Trampla birlikdə 1589-cu ildə çoxsaylı qətllərə görə edam ediblər. Tarixçini məşhur soyad maraqlandırıb və o, Trampın genealoji ağacını müəyyən etmək üçün almaniyalı həmkarları ilə əlaqə saxlamağa qərar verib.
Məlum olub ki, prezidentin uzaq əcdadlarından daha bir nəfər II Hans Trampf 1559-cu ildə keçmiş Kallştadt şəhərində doğulub. Və o vaxt yerli dialektdə müasir Köln “Koll” kimi, “ştadt” şəhər kimi səslənirdi. Beləliklə, indiki Köln şəhərini o vaxt almanlar “Kollştadt” adlandırırdılar.
Sübutların axtarışları nəticəsində, tədqiqatçı və onun komandası inanır ki, Katarina Tramp, onun varisi II Hans Trampf ABŞ liderinin əcdadı ola bilər.
Müstəqil.Az