Filippin prezidenti Rodrigo Dutertenin çiyninə tribunada çıxışın zamanı iri tarakan çıxıb.
Müstəqil.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə prezidentin Senatda (ölkə parlamentinin yuxarı palatası) çıxışı zamanı baş verib.
Dərc edilmiş kadrlardan görünür ki, prezident üzərində olan həşəratdan xəbərsizdir. Bir neçə saniyə sonra köməkçisi onun yanına qaçaraq tarakanı kağızla götürməyə çalışıb. Sonra isə Dutertenin özü əli ilə tarakanı atıb.
Dövlət başçısı zarafatla bildirib ki, tarakanı müxalifətdəki Liberal Partiyasının nümayəndələri qoyub.