Kanadanın baş naziri Castin Trüdo Ermənistanın baş naziri Nikol Paşinyanla Qafqazdakı vəziyyəti müzakirə etdiyini açıqlayıb.
“Biz demokratiyanın gücləndirilməsinə, iqtisadiyyatlarımızın böyüməsinə, Qafqazda sülh və təhlükəsizliyin təşviqinə sadiqik. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla bunları müzakirə etdik”, – Trudeau şənbə günü “Twitter” səhifəsində yazıb.
O əlavə edib ki, söhbət zamanı həmçinin Kanada və Ermənistan arasında münasibətləri gücləndirmək barədə razılıq əldə olunub.
We’re committed to strengthening democracy, growing our economies, and advancing peace and security in the Caucasus. That’s what Armenia’s Prime Minister, @NikolPashinyan, and I discussed when we sat down today – and we’ll continue to expand the partnership between our countries. pic.twitter.com/1SpOwUyGti
— Justin Trudeau (@JustinTrudeau) November 19, 2022