Tunis sahillərində qanunsuz miqrantların olduğu qayığın qəzaya uğraması nəticəsində azı on nəfər həlak olub.
Bu barədə bazar günü yerli təhlükəsizlik xidmətlərinə istinadən məlumat yayılıb.
Məlumata görə, insident Tunisin şərq sahilində baş verib. Bu, son sutka ərzində ərazidə yaşanan ikinci gəmi qəzası olub.
Ümumilikdə qeyri-qanuni miqrantların olduğu iki gəminin qəzaya uğraması nəticəsində azı 29 nəfər həlak olub.
Hadisənin digər detalları araşdırılır.