Turan ellərinə, qan qardaşıma, Lütf et köməyini, böyük Allahım!

Turan ellərinə, qan qardaşıma, Lütf et köməyini, böyük Allahım!

Asem Erejeqızı – 1980-ci ildə ildə Qazaxıstanın Abay vilayətində dünyaya göz açıb. İstanbul Universitetinin türkologiya fakültəsindən məzun olub. L.N.Qumilyov adına Avrasya Dövlət Universitetində fəlsəfə doktorluğu üzrə doktorantura təhsili alıb. Qazax ədəbiyyatı, o cümlədən folkloru ilə bağlı tədqiqatlar aparır.  Çoxlu sayda elmi məqalələrin müəllifidir. “Üstün xidmətlər” mükafatına layiq görülüb. Beynəlxalq və respublika səviyyəli aşıq müsabiqələrinin qalibidir. Rusiyanın elm adamı Viktor İvanoviç Kozodoyun “Alihan Bökeyhanov, Əsrin adamı – Dövrün bələdçisi” əsərini Türkiyə türkcəsinə çevirib. 5 tərcümə əsərinin müəllifidir. Qazax və Türkiyə türkcəsi, rus, ingilis dillərini bilir. Qazaxıstan Yazıçılar Birliyinin üzvüdür.

Asem Erejeqızı

(şeirlər)

 Gəl

 Gəl yanıma.
Döy qapımı qəfildən.

Keç içəri.

Əlimi tut, halsızam.

Qucaqla məni.

Öp yanaqlarımı.

Elə özlədim ki, səni…

Sevinsin yaşlı gözlərim.

Nə qədər həyatda varam,

həsrətindən usanmaram.

Əgər bir gün yorulsam,

özümü bağışlamaram.

Quş tək qanadım olsaydı,

uçub yanına gələrdim.

Həyatda olmazdı dərdim.

Lütf et

Nəsibin deyilsə, çörəyin olmaz,

Lütf et köməyini, böyük Allahım!

Fəlakət nə üçün gəlir, bilinməz,

Lütf et köməyini, böyük Allahım!

 

Turan ellərinə, qan qardaşıma,

Soyuma, dostuma, can sirdaşıma,

Gənc yaşda çağlayan göz yaşlarıma,

Lütf et köməyini, böyük Allahım!

 

Səhrada gücümə gücün qatana,

Dərdini tək çəkib qəlbə atana,

Bizləri bağrına basan Vətənə,

Lütf et köməyini, böyük Allahım!

 

Turan sevdalısı düşüb yollara,

Sevdası salıbdır onu dillərə,

Dağıntı altında məsum qullara,

Lütf et köməyini, böyük Allahım!

 

İgid Qazaxlarım, qəhrəmansız siz,

Çatar Altaylara od nəfəsiniz,

Qardaşlıq vaxtıdır, gəlsin səsiniz,

Lütf et köməyini, böyük Allahım!

 

Türkün yaraların sarmaq zamanı,

Nə qədər gözlədik bizlər bu anı,

Mövsüm qış fəslidir, verməz amanı,

Lütf et köməyini, böyük Allahım!

Lütf et köməyini, böyük Allahım!

 Pandemiya

Yaman çaşıbdı dünya,

Bütün dəyərlər itdi.

Yox oldu arzularım,

Röyam qorxuyla bitdi.

 

Köçəri quşlar kimi,

Bu pandemiya gəldi.

Küçələr elə sakit,

Sükut beynimi dəldi.

 

İnsansız ilk baharda,

Dərd yükü döndü dağa.

Baxıb necə sevinim,

Çiçək açan o bağa.

 

Quşlar da dönüb gölə,

Heç cür görə bilmədik.

Halımız nə olacaq,

Biz sevib sevilmədik.

 

Baxçalarda gəzişib,

Toplmadıq çiçəklər.

Könlümün üfüqündə,

Partlamadı fişəklər.

 

Param-parça olmuşam,

Həyatdan məni aldın.

Sərsəm COVİD-19,

Yazımı oğurladın.

            May, 2020

 

 

Azərbaycan türkcəsinə uyğunlaşdıran: Rəsmiyyə Sabir

Share: