Türkiyə kəşfiyyatı Suriya ərazisində xüsusi əməliyyat aparıb.
Türkiyə mətbuatının məlumatına görə, əməliyyat nəticəsində 2013-cü ildə Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş terror aktının təşkilatçısı, Türkiyə vətəndaşı Yusuf Nazik saxlanılıb.
Y.Nazik Suriyanın Latakiya şəhərində ələ keçərək Türkiyəyə gətirilib.
Yerli KİV-in yazdığına əsasən, o, terror aktını Suriya kəşfiyyatının dəstəyi ilə həyata keçirdiyini etiraf edib.
Xatırladaq ki, 53 nəfərin ölümü, 155 nəfərin xəsarət alması ilə nəticələnən Reyhanlı terroruna görə məsuliyyəti DHKP-C daşıyır.