Suriyada davam edən “Sülh çeşməsi” (Barış Pınarı) əməliyyatına quru qoşunlarının qoşulmasının görüntüləri yayımlanıb.
Müstəqil.Az xəbər verir ki, görüntüləri “İxlas” xəbər agentliyi paylaşıb.
Məlumata görə, ötən gecə Türkiyə saatı ilə 22:30-da sərhəddəki beton bloklar kranlar vasitəsilə yığışdırılıb. Bundan sonra komandos dəstələri sərhədi keçərək əməliyyata daxil olub.
Müstəqil.Az