Türk ordusundan NATO-ya sərt reaksiya

Norveçdə yerləşən NATO Mütəffiq Ordularının Hərbi Mərkəzində keçirilən təlimlərin son günündə yaşanan olaylar qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin bəyanatında deyilib.

“Durum dərhal Baş Qərargaha məruzə edildi və yaşanan olayların qəbuledilməz olduğu vurğulandı. Məsələ ilə bağlı NATO-nun hərbi dairələrinə yazılı və şifahi şəkildə etiraz edildi və təlimlərə qatılran türk əsgərləri geri çağırıldı”, – açıqlamada deyilib.

Qeyd edək ki, Norveçdə keçirilən təlimlər zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Atatürkün rəsmi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer alıb.

Hadisəyə görə məsuliyyət daşıyan 2 nəfərin ordudan qovulduğu bildirilib.

Share: