Türk spiker açıqladı: Aralıqda yeni dövlət yaradırlar…

Şərqi Aralıqda bir dövlət yaratmaq istəyirlər.

Mustaqil.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop deyib. Sədr bildirib ki, onlar Rəcəb Tayyib Ərdoğanın iradəsiylə formalaşan siyasi iqtidarı zəif salmaq niyyətindədirlər:

“Bir neçə il əvvəl Şərqi Aralıqda təbii qaz və neft yataqları aşkarlandı. O tarixdən sonra Misirdə çevriliş oldu. Livan əsl aktor deyil. Suriya təhlükəsiz aktor halına gətirildi. Yalnız Türkiyə qaldı. Türkiyə öz qərarını özü verən nadir dövlətlərdən biridir. Bu səbəbdən Türkiyəni zərərsizləşdirməyə səy göstərirlər”.

Şəntop bildirib ki, 2010-cu ildən etibarən Türkiyədə həyata keçirilən olayları tamamilə bəllidir:

“Bəzən aşkar edə biləcəyimiz, bəzən də oyunlarla, müxtəlif yollarla, ittifaqlarla bunu etməyə çalışdılar. Hədəfləri iqtidarı, Rəcəb Tayyib Ərdoğanı, bu iradəni zəiflətməkdir və bu bir addımdır. Əgər bu addımları uğurlu olsa, yavaş-yavaş digər addımları da atmağı düşünəcəklər. Türkiyəni göz bəbəyimiz kimi qorumağa, olanlar qarşısında fərasətlə hərəkət etməyə məcburuq”.

Mustaqil.az

Share: