Türkiyə Xarici İşlər Nazirliyi İraqın İŞİD-ə qarşı mübarizəsinin uğurla nəticələnməsi münasibətilə Bağdad hökumətini təbrik edib.
Müstəqil.Az xəbər verir ki, nazirlik yaydığı açıqlamada İŞİD-lə mübarizədə həlak olan qəhrəmanlara Allahdan rəhmət diləyib.
“Bundan sonra azad edilən bölgələri abadlaşdırmaq, İraq qurumlarını gücləndirmək və iraqlı qardaşlarımız arasında milli bərabərliyi təmin etmək lazımdır”, – açıqlamada deyilir.
Qeyd edək ki, İraqın Baş naziri Heydər Abadi İraq torpaqlarının İŞİD terror qruplaşmasından tamamilə azad edildiyini açıqlayıb.
Müstəqil.Az