“Türkiyə bu məsələdə danışıqlar prosesini sürətləndirəcək”

“Türkiyə bu məsələdə danışıqlar prosesini sürətləndirəcək”

“Türkiyə Avropa İttifaqına tamhüquqlu üzv kimi daxil olması ilə bağlı danışıqlar prosesini sürətləndirmək niyyətindədir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Vilnüsdə keçirilən NATO Sammitindən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

“Avropa İttifaqında bizim Avropaya inteqrasiya prosesimizin canlanması ilə bağlı müsbət atmosfer var. Biz Gömrük İttifaqı çərçivəsində münasibətlərin yenilənməsi ilə bağlı danışıqları sürətləndirəcəyik ki, bu da Türkiyə iqtisadiyyatına müsbət təsir göstərəcək. Vizasız rejim məsələsində məsafəni qət etməyə ümid edirəm”, – o qeyd edib.


Share: