Futbol üzrə Türkiyə “Trendyol Super Liqası”nın 15-ci həftəsində keçirilən “Ankaragücü” “Çaykur Rizespor” matçından sonra meydanda hakim Halil Umut Melər döyülüb.
xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.
Oyunda ədalət təmsilçisini “Ankaragücü” klubunun prezidenti Faruk Koca döyüb.
Bu hücumdan sonra TFF İdarə Heyəti növbədənkənar iclas keçirib.
Ədliyyə naziri Yılmaz Tunç hadisə haqqında məhkəmə istintaqının başladığını açıqlayıb.
İstintaq çərçivəsində 3 şübhəli nəzarətə alınarkən, Daxili İşlər Naziri Ali Yerlikaya “Ankaragücü” prezidenti Faruk Kocanın xəstəxanada müalicə olunduğunu və müalicəsinin ardından onun saxlanılması əməliyyatlarının aparılacağını açıqlayıb.
Qeyd edək ki, qarşılaşmanın baş hakimi Halil Umut Meler matçın 50-ci dəqiqəsində “Ankaragücü” klubunun futbolçusu Ali Souenə ikinci sarı vərəqə göstərərək meydandan kənarlaşdırıb. Bu qərar azarkeşlərin böyük reaksiyasına səbəb olub.
“Ankaragücü” klubunun baş məşqçisi Emre Belözoğlu oyundan sonra “Çox üzr istəyirəm, başqa bir şey demək istəmirəm” deyə açıqlama verib.
“Çaykur Rizespor”un baş məşqçisi İlhan Palut əlavə olunan dəqiqələrdə bir xal qazandıqlarını bildirib və “Ankaragücü”nə uğurlar arzulayıb.
“Ankaragücü” 1:1 “Çaykur Rizespor”
Stadion: Eryaman
Qollar: Olimpiu Morutan 14, Adolfo Gaich 90+7