Türkiyə dar zamanımızda bizə qapılarını açıb.
Müstəqil.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İraq Kürd Muxtariyyətinin Baş naziri Nəçirvan Bərzani söyləyib.
“Türkiyə və İranla münasibətlərimiz var. Vəziyyətin yaxşılaşdırılması üçün cəhd edirik və buna davam edəcəyik. Münaqişəli bölgələrlə bağlı problemlər konstitusiyaya uyğun olaraq həll edilməlidir”, – deyə o bildirib.
N.Bərzani İraq dövləti ilə büdcə məsələlərinin razılaşdırılmasının vacibliyindən də danışıb:
“Geridə qalan 14 il bizə bunları göstərir ki, İraq büdcə məsələsində Kürdüstan bölgəsinə vilayətlər kimi münasibət göstərib. Əgər Kürdüstan bölgəsinin 17 fazilik büdcə payı verilərsə, neft məsələsini də müzakirə etməyə hazırıq. Kərkükdə baş verən hadisələrdən sonra Kürdüstanın neft ehtiyatları yarıya qədər azalıb. Əslində hamımız bir sualı cavablandırmalıyıq: İraqda sabitliyin təmin olunmasını istəyirik, ya yox?!”
Müstəqil.Az