Türkiyə Futbol Federasiyası “İstanbulspor”a ciddi cəza təyin edib

Türkiyə Futbol Federasiyası “İstanbulspor”a ciddi cəza təyin edib

Türkiyə Futbol Federasiyası “İstanbulspor”a ciddi cəza təyin edib

Türkiyə Super Liqasının XVII turunda keçirilən “İstanbulspor” – “Trabzonspor” matçında baş verən qalmaqalla bağlı qərar verilib.

Apasport.az xəbər verir ki, oyunun 73-cü dəqiqəsində, hesab 1:1 olarkən İstanbul klubunun prezidenti Ecmel Faik Sarıalioğlu hakim idarəçiliyinə etiraz edərək komandanı meydandan çıxarıb.

Türkiyə Futbol Federasiyasının çıxardığı qərara əsasən, “İstanbulspor”un 3 xalı silinib və komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub prezidenti Ecmel Faik Sarıalioğlu 3 aylıq futboldan uzaqlaşdırırlıb. O, 750 min lirə cərimə də edilib.

Həmçinin, azarkeşlərin davranışına görə “İstanbulspor” növbəti ev oyununu boş tribunalar qarşısında keçirməli olacaq.

Share: