Rusiya ilə Türkiyə arasında İdliblə bağlı əldə olunan razılıq yenidən qan tökülməsinin qarşısını aldı.
Müstəqil.Az xəbər verir ki, bu sözləri Rusiya Enerji Həftəsi forumuna qatılan ölkə lideri Vladimir Putin Türkiyə ilə İdlibdə Suriya ordusu və müxalifləri bir-birindən ayıran tampon bölgə yaradılmasına dair razılaşma barədə deyib.
“Hazırda bu anlaşmanın həyata keçirilməsi üçün çox aktiv fəaliyyət aparılır. Bu proses İranın da dəstəyi ilə davam etdiriləcək”, – Putin bildirib.
Müstəqil.Az