Türkiyə İlham Əliyevi “Can Azərbaycan”mahnısı ilə qarşıladı…

Müstəqil.Az xəbər verir ki, Ankarada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Bu, aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn dövlət başçısı İlham Əliyevin xarici ölkəyə ilk rəsmi səfəridir.

Türkiyə Respublikası prezidentinin Sarayında – Külliyədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Ölkə başçısı İlham Əliyev süvari dəstəsinin müşayiətilə Türkiyə prezidentinin Sarayına gəlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.Dövlət himnlərindən sonra “Can Azərbaycan” mahnısı səsləndirilib.

Share: