Türkiyə İnternet Media Assosiasiyası Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat yayıb

Türkiyə İnternet Media Assosiasiyası Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat yayıb

Türkiyə İnternet Media Assosiasiyası Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat yayıb

Türkiyə İnternet Media Assosiasiyası (TİMBİR) Azərbaycanda 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı dəstək bəyanatı yayıb.

-nın verdiyi xəbərə görə, bəyanatda seçkilərin erməni işğalı altında olan torpaqların azad edilməsi fonunda keçirilməsinin xüsusi önəm kəsb etdiyi vurğulanıb.

“Bu seçkilər 1991-ci il oktyabrın 18-də müstəqillik əldə etmiş Azərbaycanın çağdaş tarixində xüsusi iz qoyacaqdır. Azərbaycanda son 35 ildə keçirilən bütün seçkilərdən fərqli olaraq, fevralın 7-də keçiriləcək qardaş ölkənin bütün ərazisini əhatə etməsi bu seçkiləri xüsusi edir. 2020-ci ildə 44 günlük Vətən Müharibəsi və 2023-cü ildə aparılan antiterror əməliyyatları nəticəsində Azərbaycan 30 ildən artıqdır işğal altında olan torpaqlarını azad edib, ərazi bütövlüyünü və suverenliyini təmin edib. Bu tarixi uğur Azərbaycanın qlobal nüfuzunu xeyli artırmaqla yanaşı, dünyanın ən mürəkkəb regionlarından biri olan Cənubi Qafqazda yeni reallıqlar yaratmışdır”, – bəyanatda deyilir.

Bundan əlavə, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin Avropada ölkəmizə qarşı ciddi şəkildə qərəzli siyasətin yürüdüldüyünə də diqqət çəkilib:

“Azərbaycanın Cənubi Qafqazda uzun illər davam edən işğala son qoyaraq, yeni reallıqlar yaratmaqla ərazi bütövlüyünü bərpa etməsi bəzi Qərb dövlətləri və qondarma demokratik dəyərlərin daşıyıcısı olduğunu iddia edən bir sıra beynəlxalq təşkilatlar tərəfindən anlaşılmaz təzyiqlərlə qarşılandı. Anti-Azərbaycan kampaniyasında xüsusi fəallığı ilə seçilən Fransa bütün “qırmızı xətləri” keçərək Cənubi Qafqazda yeni müharibənin alovlanması üçün əlindən gələni edir. Təəssüf ki, bu kampaniyada Fransanın diktəsi ilə fəaliyyət göstərən kollektiv Qərb, Avropa Parlamenti, Avropa Şurası kimi strukturlar sözün əsl mənasında Azərbaycana qarşı “səlib yürüşü”nə çıxdılar. Bu kontekstdə sanki Azərbaycana qarşı əsassız ittihamların güclənməsi yetərli deyilmiş kimi, Avropa Şurası Parlament Assambleyasının yenidən antiazərbaycan platformasına çevrilməsi sübut edir ki, Qərbin əsl niyyəti bölgədə sülhü təmin etmək deyil. Lakin son dərəcə sevindirici haldır ki, Azərbaycan dövləti bu əsassız hücumları qətiyyətlə dəf edir və öz milli maraqlarından bir addım belə geri çəkilmir. Qeyd etmək lazımdır ki, bu nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət nəticəsində əldə olunub. Azərbaycan rəhbərinin Türkiyə ilə əlaqələrini daha da dərinləşdirməsi, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipini həyata keçirməsi, türk dövlətlərinin birliyi istiqamətində davamlı səyləri xüsusilə vurğulanmalıdır. TİMBİR olaraq qeyd olunan mühüm məsələlər fonunda Azərbaycan xalqının və bütün təzyiqlərə qarşı dik duran cənab İlham Əliyevin yanında olduğumuzu fəxrlə bəyan edirik. İnanırıq ki, fevralın 7-də keçiriləcək seçkilər Azərbaycan üçün faydalı olacaq və xalq öz iradəsini seçki qutularında əks etdirəcək”.

Qeyd edək ki, Türk İnternet Media Birliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qərarnaməsi ilə yaradılıb. Türkiyədə fəaliyyət göstərən 53 beynəlxalq statuslu qeyri-hökumət təşkilatlarından biridir.

Hazırda Birliyin Türkiyənin 81 vilayətində və 10 ölkədə təmsilçiliyi var.

Birliyə Türkiyənin nüfuzlu QHT nümayəndələri qatılıb.

İstanbul Jurnalistlər Federasiyasının sədri Adil Koçalan, Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Demir və digərləri Birliyin İdarə Heyətində təmsil olunurlar.

Share: