Türkiyə Məzunları Hacıqabuldakı Türk Şəhidliyi ilə bağlı bəyanat verdi

Türkiyə Məzunları Hacıqabuldakı Türk Şəhidliyindəki lövhənin sökülməsinə etiraz əlaməti olaraq bəyanat yayıb. Moderator.az-a daxil olan bəyanatda deyilir:

“Azərbaycan – Türkiyə qardaşlığı tarixin dərinliklərindən, tək millət məfkurəsindən güc alan, hər iki ölkənin də milli maraqları üçün vazkeçilməz olan stratejiq bir ortaqlıqdır. Azərbaycan və Türkiyə dövlətinin prezidentləri cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan da ciddi səyləriylə iki ölkə arasındakı münasibətlər dünyada analoqu olmayan qardaşlıq, stratejik mütəffiqlik səviyəsinə yüksəlib. Ən az Azərbaycan qədər Türkiyədə də cümhuriyətimizin yüz illiyiylə bağlı simpozyumlar, konfranslar, yayınlar, anım tədbirləri oldu və yəqin ki, bu proses il boyu da davam edəcək. Heç şübhəsiz ki, 1918- ci ildə Azərbaycanın milli istiqlalının təmin edilməsində, dövlətimizin formalaşmasında Osmanlı yardımlarının, Qafqaz İslam Ordusunun rolu əvəzedilməzdir. Bu tarixi həqiqətlər haqqında dövlət rəhbərliyi səviyyəsində çox deyilib. Vicdanı, milli şüuru olan hər kəs də bunu bilir. Belər bir şəraitdə Azərbaycan istiqalalının memarlarından olan Qafqaz İslam Ordusu şəhidləriylə bağlı Hacıqabul rayonu ərazisindəki lövhənin yerindən sökülməsi anlaşılmaz, hər cür hiddət və etiraza layiqdir. Bu, Azərbaycan-Türkiyə qardaşlığını istəməyənlərin təxribatından başqa bir şey deyil. Bu işi görənlər nəinki ölkəmizin hər hansı bir məmuru, heç vətəndaşı da ola bilməzlər. Çünki o şəhidlər bu torpaqlaırn istiqlalı, azadlığı üçün şəhid olublar.

Rayondakı səlahiyyət sahiblərindən ən qısa zamanda məsələylə bağlı bir açıqlama verməsini gözləyir, qardaşlığımıza, milli maraqlarımıza yönəlik bu hərəkəti şiddətlə qınayırıq”.

Share: