Türkiyə milli müdafiə naziri Yaşar Gülər Milli Müdafiə Nazirliyində azərbaycanlı qazilərlə görüşüb.
-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu, Quru Qoşunları komandanı general Səlcuq Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu da iştirak edib.