Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının növbəti toplantısı başa çatıb.
Üç saat 10 dəqiqə davam edən görüşdən sonra yazılı açıqlama verilib.
Sənədə əsasən, toplantıda hər cür təhdidlərə qarşı hərbi əməliyyatlarla bağlı tədbirlər müzakirə edilib.
“Sərhədləri aşaraq terrora icazə verilməyəcək”, – deyə qeyd olunan bəyanatda, həmçinin Suriyada quru əməliyyatı mesajı verilib və bildirilib ki, “tək hədəfimiz terror təşkilatlarıdır” .
Mənbə: Haber Global