Türkiyə millisinin baş məşqçisi dəyişir

Türkiyə millisinin baş məşqçisi dəyişir

Türkiyə milli komandasının baş məşqçisi Ştefan Kunts istefaya göndəriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb. Yaxın günlərdə rəsmi açıqlamanın ediləcəyi bildirilir.

“Ay-ulduzlular”ı kimin çalışdıracağı da məlumdur. İddiaya görə, Türkiyə Futbol Federasiyası yığmanın baş məşqçisi postuna son olaraq “Trabzonspor”a rəhbərlik etmiş Abdullah Avcını gətirəcək.

Qeyd edək ki, Ştefan Kunts 2021-ci ilin sentyabr ayından Türkiyə seçməsinin baş məşqçisi postunu icra edir.


Share: