Müstəqil.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, aparılan araşdırmalar nəticəsində Türkiyə ordusu ilə bağlı gizli məlumatları FETÖ-yə ötürən 210 nəfərlik şəbəkə ifşa olunub.
İndiyədək İstanbulda terror təşkilatı ilə birbaşa əlaqəli olduğu sübuta yetirilən 1963 şəxs barəsində həbs qərarı çıxarılıb. Onlardan 1045-i tapılaraq istintaqa cəlb olunub. 459 şəxs isə əməlini etiraf edərək, peşman olduğunu bildirib.
Barəsində həbs qərarı çıxarılanlardan 5-i polkovnik, 7-si polkovnik-leytenant, 14-ü mayor, 33-ü kapitan, 47-si baş leytenant, 2-si leytenant, 102 nəfəri isə çavuşdur.